"XƏMSƏ" MİLLİ İNTELLEKTUAL OYUNUNUN BAKI ŞƏHƏRİ ÜZRƏ ZONA MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR

29 Noyabr 2017
29 Noyabr 2017, Şərhlər: 0

     Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.
“Xəmsə” intellektual oyununda paytaxtın 11 rayonundan  16 komanda iştirak etmişdir. Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçmiş, verilən suallar tarix, coğrafiya, kimya, fizika, məntiq, dünya görüşünü əhatə etmişdir.  Onu da qeyd edək ki,  suallar və cavablar redaktor qrupu tərəfindən hazırlanır. Cavabın doğruluğunu  aparıcı təsdiq edir. Sualı cavablandırmaq üçün aparıcı 5 saniyə vaxt verir. Vaxtın tamamında cavab vermek istəyən yoxdursa, aparıcı cavabı elan edir və növbəti suala keçir.
Oyunda Xətai rayonunun “Humanitar” komandası bütün rəqiblərinə qalib gələrək 1-ci yerə, Yasamal rayonunun   “Boz qurd” komandası 2-ci yerə, Xətai rayonunun “Zəkalar”  komandası 3-cü yerə və Nizami rayonunun “Zəngi”  komandası isə 4-cü yerə layiq görülmüşlər.
Zona mərhələsində mükafata layiq görülən hər bir komanda BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qeyd etmək istərdik ki, Bakı şəhəri üzrə zona mərhələsində mükafata layiq görülmüş komandalar “Xəmsə” Milli İntellektual Oyunu üzrə birinci Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanmışlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.