UŞAQ VƏ YENİYETMƏLƏR ARASINDA ŞAHMAT ÜZRƏ ŞƏXSİ VƏ KOMANDA BİRİNCİLİYİ BAŞA ÇATDI

28 Dekabr 2016
28 Dekabr 2016, Şərhlər: 0

   19 – 27 dekabr 2016-cı il tarixdə Respublika Şahmat Mərkəzində 2000 – 2010-cu il təvəllüdlü (16 yaşadək) uşaq və yeniyetmələr arasında şahmat üzrə şəxsi və komanda birinciliyi keçirilmişdir. Yarışda RİOEUGŞM, HİRŞDK, RŞK, 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, “Neftçi” İK İB, “Elfim” ŞM, “Ağ At” ŞK, Sabunçu GE və Suraxanı GE-ni təmsil edən 56 nəfər (onlardan 5 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin idarə etdiyi II dərəcəli şahmatçılar arasında İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olmuşdur.
9 turdan sonra 16 yaşadək uşaq və yeniyetmələr arasında yarışda şəxsi hesabda I yeri 8,0 xalla (əmsal 36,0) Bağırzadə Kənan (2 №-li İOEUGŞİM), II yeri 7,0 xalla (əmsal 36,5) Əsgərov Ramil (Suraxanı GE), III yeri 6,5 xalla (əmsal 36,5) Nəsibov İsrafil tutmuşdur.
9 turdan sonra 16 yaşadək uşaq və yeniyetmələr arasında yarışda komanda hesabında I yeri 19,0 xalla (əmsal 86,0) 2 №-li İOEUGŞİM-in (Bağırzadə Kənan – 8,0 x (əmsal 36,0), Məmmədzadə Ceyhun – 6,0 x (əmsal 28,0), Heydarlı Nurtac – 5,0 x (əmsal 22,0)) komandası, II yeri 16,5 xalla (əmsal 92,5) 1 №-li İOEUGŞDİM-in (Bayramzadə Namiq – 6,0 x (əmsal 33,5), Hüseynzadə Tamerlan – 5,5 x (əmsal 28,5), Şabanova Xədicə – 5,0 x (əmsal 30,5)) komandası, III yeri 16,0 xalla (əmsal 91,5) Respublika Şahmat Mərkəzinin (Qasımzadə Davud – 5,5 x (əmsal 32,5), Heybətova Nərgiz – 5,5 x (əmsal 30,0), Levaşov Batır – 5,0 x (əmsal 28,5)) komandası tutmuşdur.
Oyunlardan sonra təntənəli bağlanış mərasimi keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Əbdülov Salman çıxış edərək şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən yarışların böyük rol oynadığını bildirmişdir.
Sonda yaş qrupları üzrə I, II və III yerləri tutmuş idmançılar, həmçinin qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla, kubokla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.