Turkdilli dövlətlərin gəncləri arasında “Türk birliyi gənclik düşərgəsi” təşkil edilmişdir.

31 Avqust 2017
31 Avqust 2017, Şərhlər: 0

    Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Ortaq mədəniyyət, ortaq gələcək və gənc liderlər” mövzusu çərçivəsində ortaq mədəniyyət, ortaq tarix və mədəni irsə sahib ölkələrin gənclərini toplayıb, yaxınlaşmaları, gənclər və cəmiyyətlər arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirmək, diqqətlərini dünyanın və cəmiyyətlərin problemlərinə yönəldərək, bəşəriyyətə və cəmiyyətə bütün istiqamətlərdə faydalı ola biləcək, mədəniyyətlərinə sahib çıxa biləcək gələcəyin liderlərinin yetişməsinə kömək etmək və güclü gələcək qurmaq məqsədi ilə Türkiyənin Antalya şəhərində turk dilli dövlətlərin gəncləri arasında ikinci “Türk birliyi gənclik düşərgəsi” təşkil edilmişdir.

    Düşərgədə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Kosovanı təmsil edən gənclərlə yanaşı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ezam olunmuş gənclər də iştirak etmişlər.

   Bu günlər ərzində  müxtəlif ölkələrdən gələn gənclər yeni tanışlıq və dostuq münasibətləri əldə etmiş,  müxtəlif sahələr üzrə olan bilik və bacarıqlarını nümayiş etdirmişlər.  Pionerinq, səmti müəyyənetmə, kamandan oxatma, haykinq, idman oyunları, həmçinin Ağdəniz gəmi turu və digər fəaliyyətlər həyata keçirilmişdir.

    Düşərgədə olduğumuz müddət ərzində “Beynəlxalq gecə” təşkil edilmişdir ki, hər bir iştirakçı öz ölkəsinə xas olan mədəniyyətini, geyim,qida və həyat tərzini əks etdirən müxtəlif atributları nümayiş etdirmişdir. Azərbaycan gəncləri də öz novbəsində Azərbaycan gecəsi təşkil etmişlər. Tədbir Mən Azərbaycanlıyam mahnısının  bütün tədbir iştirakçıları tərəfindən ifa olunması ilə başa çatmışdır.

     Sonda Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və folkloru ilə bağlı hədiyyələr və kitablar duşərgə iştirakçılarına təqdim edilmişdir.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.