Stolüstü tennis üzrə turnir keçirilmişdir.

13 Mart 2017
13 Mart 2017, Şərhlər: 0

    Nizami rayonu 238 nömrəli tam orta məktəbdə “5 mart – Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş stolüstü tennis üzrə turnir keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nizami rayon Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi turnirin bağlanış mərasimində məktəbin direktoru İlqar Talıbov qonaqları salamladıqdan sonra sözü qonaqlara vermişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və Nizami rayon Gənclər və İdarəsinin baş məsləhətçisi Rəhman Aslanov çıxış edərək iştirakçıları “5 mart – Bədən tərbiyəsi və İdman günü” münasibətilə təbrik etmiş onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.