Qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatdı.

13 Fevral 2018
13 Fevral 2018, Şərhlər: 0

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2002 – 2003-cü il təvəllüdlü (16 yaşadək) qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatdı. I yeri 4,0 xalla Tağıyeva Zəhra, II yeri 3,5 xalla Əlibəyova Vəfa, III yeri 3,0 xalla Əhmədova Mehin tutmuşlar. Bundan əlavə IV yeri 2,5 xalla tutmuş Əhmədova Ayan da bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışdır.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.