Nizami rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

9 Oktyabr 2017
9 Oktyabr 2017, Şərhlər: 0

     Nizami rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2006-2007-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Nizami rayonu 201 nömrəli tam orta məktəbin futbol meydançasında keçirilmişdir. Yarışmada I yeri Star-S komandası, II yeri Lələ Təpə komandası, III yeri Vətən komandası tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, Nizami rayonu 201 nömrəli tam orta məktəbin direktoru Süsən Salmanova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçi Cəlil Əlizadə, Nizami rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səməd Səmədzadə və digər rəsmi şəxslər iştirak etmişlər. Salman Əbdülov və Süsən Salmanova öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişlər. Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunmuşlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.