IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilmişdir.

10 Aprel 2017
10 Aprel 2017, Şərhlər: 0

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Ümumdünya Kapoeyra Federasiyasının və Park Bulvar Əyləncə Mərkəzinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilmişdir. Tədbirdə İslam Həmrəyliyi Oyunlarının könüllülərinin rəhbərliyi və könüllülərin iştirakı ilə kapoeyra idman növünün ustaları, müəllim və yığma komandanın üzvləri müxtəlif nümunəvi çıxışlar göstərmiş, master klasslar təşkil etmişdir.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunduqdan sonra qonaqlar və tədbir iştirakçıılarına Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov tərəfindən İslam Həmrəyliyi Oyunları haqqında geniş məlumat verilmiş və ölkəmizdə bu oyunlara digər idman növlərinin də dəstək aksiyalarının silsilə tədbirlər olaraq gələcəkdə də davamlı olaraq həyata keçirilməsi vurğulanmışdır.

    Eyni zamanda da bildirilmişdir ki, kapoeyra idman növü ölkəmizdə sevilən, maraq göstərilən idman növüdür və ÜKF-nın  rəhbərliyinə  azərbaycanlının  seçilməsi ölkə idman siyasətinin növbəti uğuru kimi qiymətləndirilir.

     Tədbirin sonunda bədii əyləncəli proqram şəhərin qonaqlarına və tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.