İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

10 Mart 2017
10 Mart 2017, Şərhlər: 0

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “ABU arena” salonunda idman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 28 idmançı, o cümlədən 14 oğlan və 14 qız,  “Olimp”, “Şirdaş”, “Azəri İnciləri”, “Çinar”, “İmpuls” və “Rovesnik” idman klublarını təmsil etmişdir. Yarışda  “Yeniyetmələr II” –  Standart Avropa proqramı üzrə  – Rüstəm Hacıyev və Ayan Mirzəyeva , “Böyüklər”-  Standart Avropa proqramı üzrə  – Aleksandr Nikitin və Darina Podzverdova ,“Yeniyetmələr II”- Latın Amerika proqramı üzrə  – Rüstəm Hacıyev və Ayan Mirzəyeva , “Böyüklər”- Latın Amerika proqramı üzrə Aleksandr Nikitin və Darina Podzverdova I yerlərə layiq görülmüşlər.

  Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri i lə mükafatlandırılmışlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.