“Gənclərin İqtisadiyyatda rolu” mövzusunda tədbir keçirilmişdir.

28 Noyabr 2017
28 Noyabr 2017, Şərhlər: 0

     Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramının icrası ilə əlaqədar Sabunçu rayon Gənclər Evində  “Gənclərin İqtisadiyyatda rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova , Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov , Bakı Dövlət Sosial-İqtisad kollecinin direktoru Vidadi Orucov, Bakı Dövlət Sosial-İqtisad kollecinin müəllimi iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Nazim Cahangirov və rayon təhsil müəsissələrinin tələbə və müəllim heyyəti iştirak etmişdir. İlk öncə Azərbaycanın son illərdə iqtisadi inkişafı ilə bağlı video çarx nümayiş etdirildi. Sonra rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev giriş sözü ilə tədbiri açaraq Azərbaycanın iqtisadi uğurlarının əldə edilməsində Azərbaycan gəncliyi və onun önündə dayanan ölkə prezidenti cənab İlham Əliyevin böyük rolu olduğunu bildirdi. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova , Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov , Bakı Dövlət Sosial-İqtisad kollecinin direktoru Vidadi Orucov, Bakı Dövlət Sosial-İqtisad kollecinin müəllimi iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Nazim Cahangirov çixış edərək ,son illərdə ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da dərinləşdirilməsi, sosial- iqtisadi inkişafın yüksəlməsi, ölkədə investisiya mühitinin yaxşılaşdırılması, qeyri -neft sektorunun inkişafı istiqamətlərində çox mühüm addımlar atıldığını bildirdilər.

  Çıxışlardan sonra gənclərlə mövzu ilə bağlı disskusiya aparıldı və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırıldı. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.