Gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

12 Oktyabr 2017
12 Oktyabr 2017, Şərhlər: 0

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər  arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

    Yarışda 1998- 2000-ci il təvəllüdlü gənclər arasında sərbəst güləş üzrə Neftçi İKİB, DSX Sərhədçi, Zenit İC,   6 № li UGGİM, DİN İC, MOİK, Olimpiya GK, 1 №li RİOEUGİM, Gömrükçü İK-nı təmsil edən 68 idmançı 8 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 50 kq çəki dərəcəsində Orxan Qəribov (Neftçi İKİB), 55 kq çəki dərəcəsində Ağamirzə Mustafayev (Neftçi İKİB), 60 kq çəki dərəcəsində Tural Hüseynov  (Təhsil RİM), 66 kq çəki dərəcəsində Rəcəb Nurayev  (Zenit İC), 74 kq çəki dərəcəsində Ruhan Məmmədov (Zenit İC), 84 kq çəki dərəcəsində İslam İlyasov (Təhsil RİM), 96 kq çəki dərəcəsində Ayaz İsmayılov (Azəri İK), 120 kq çəki dərəcəsində Hüseyn Hüseynov (Zenit İC) I yerə layiq görülmüşlər.

    Yunan-roma güləşi üzrə Neftçi İKİB,  DİN İC,  6№-li UGİM, MOİK, Pəhləvan İK,  Gömrükçü İSM, Spartak İC, Məhsul İC, Pirallahı OIK, Cəngi GK,  Gənclik İK,  1№-li RİOEUGİM-i təmsil edən 84 idmançı 8 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 50 kq çəki dərəcəsində Əli Dadaşov (Pəhləvan İK), 55 kq çəki dərəcəsində Nurağa Yusifli (ROİL), 60 kq çəki dərəcəsində Elşad Məmmədov (Neftçi İKİB), 66 kq çəki dərəcəsində Məhəmmədəli Həsənov  (Nerftçi İKİB), 74 kq çəki dərəcəsində Ülvi Qənizadə  (Neftçi İKİB), 84 kq çəki dərəcəsində Aslan Məmmədov (Pəhləvan İK), 96 kq çəki dərəcəsində Tehran Əminzadə  (Gömrükçü), 120 kq çəki dərəcəsində Uğur Hacılı (DİN İC) I yerə layiq görülmüşlər.

    Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə etmişlər.

   Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.