Breyn-ring intellektual oyunu keçirilmişdir.

16 Mart 2017
16 Mart 2017, Şərhlər: 0

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 nömrəli məktəb-liseyin 5-ci sinifləri arasında ilk dəfə olaraq ingilis dilində “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov ilk öncə məktəbliləri salamlamış onlara bu yarışmada ugurlar arzulamışdır.

     İntellektual oyunda 6 komanda iştirak edərək  bilik və dünyagörüşlərini nümayiş etdirmişdir. Nəticələrə görə I yerə “5ç” komandası,  II yerə “5e” komandası, III yerə isə “5d” komandası layiq görülmüşlər. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

  Tədbirin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.

 

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.