Baş İdarənin rəisi R. Abbasov tələbələrlə görüş keçirdi

12 İyul 2017
12 İyul 2017, Şərhlər: 0

      “Azərkitab” Kitab Təbliğatı Mərkəzinində Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə  gənclərin ali məktəbi bitirdikdən sonra yaranan problemin yəni, iş tapmağın həll edilməsi yolunda Great Change AcademyBöyük Dəyişiklik Akademiyası ” adlı layihə həyata keçirilir. Layıhənin bugünkü  qonağı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov olmuşdur. Raqif Abbasov tələbələrə natiqlik və liderlik bacarıqlarının inkişafı mövzusu haqqında mühazirə oxumuşdur. Həmçinin Raqif Abbasov Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, sürətli inkişafında və böyük nüfuz qazanmasında gənclərin rolundan danışıb. Qeyd edib ki, bu uğurların təməlində Azərbaycan dövlətinin məqsədyönlü gənclər siyasəti dayanır. Məhz Prezident İlham Əliyevin gənclərə qayğısı və etimadı, yaratdığı hərtərəfli şərait qazanılan uğurlarda onların rolunun artmasına səbəb olub.

      Sonda BŞGİBİ-nin rəisi Raqif Abbasov  tələbələri maraqlandıran sualları cavablandırmışdır.

     Bu layihənin əsas məqsədi gənclərin fərdi inkişafına dəstək vermək və gələcək karyeralarına daha yaxşı hazırlıqlı olmasından ibarətdir. Layihədə gənclər üçün daha faydalı olacaq 10 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində iştirakçılara iş mühitinə psixoloji hazırlıq, natiqlik bacarıqlarını inkişaf etdirilməsi, biznesin təşkili, biznes layihələrin yazılması və təqdimatı, idarəçilik və başqa oxşar təlimlər keçiriləcək. Layihə bütövlükdə Azərbaycan Respublikası daxilində bütün ali təhsil müəssisələrini əhatə edəcəkdir. Layihənin sonunda məzun günü təşkil edilərək, layihədən faydalanan və uğur qazanan 40 gənc diplomla təltif edilərək akademiyadan məzun olacaqdır.

 

 

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.