BAKI ŞƏHƏR MƏKTƏBLİLƏRİ ARASINDA VOLEYBOL (QIZLAR) ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR

17 Aprel 2017
17 Aprel 2017, Şərhlər: 0

   Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin idman zalında Bakı şəhər məktəbliləri arasında voleybol (qızlar) üzrə turnir keçirilmişdir. Paytaxt məktəblərinin VII – IX sinif şagirdlərinin iştirakı ilə keçirilən yarışın nəticəsinə görə I yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, II yeri Xətai rayonu 138 nömrəli tam orta məktəbin komandası, III yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.