AZALA məktəblilər üçün ekskursiya təşkil edilmişdir

5 Fevral 2018
5 Fevral 2018, Şərhlər: 0

 

     “Azərbaycan Gəncliyi-2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi 20№li məktəb-liseyin yuxarı sinif şagirləri üçün “Azərbaycan Hava Yolları”nın (AZAL)  bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil etmişdir.

      İlk öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu “Silkway Technics” şirkətinin anqar kompleksi ilə tanış olmuşlar.

      Bundan sonra məktəblilər aerovağzal ərazisini gəzmişlər. Burada aviasiya təhlükəsizliyi kineloji xidmətinin işçiləri uşaqlara itlərin saxlanılması və təlimi və “insanın yaxşı dostlarının” sərnişinlərin təhlükəsizliyi və qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat vermişlər.

     Ekskursiyanın növbəti məkanı hava limanının yanğınsöndürmə xidməti olmuşdur. Yanğınsöndürmə xidmətinin nümayəndələri uşaqlara yanğınsöndürmə maşınının quruluşu barədə danışmış, yanğınsöndürənlərin döyüş geyimi, yanğın xilasedici qurğuları nümayiş etdirmiş, su və köpüyün necə vurulduğunu göstərmişlər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğınsöndürənlərin yanğın baş verdiyi halda hansı telefon nömrəsini yığmalı və təhlükəli vəziyyətdə nə etməli kimi suallarına cavab verərkən yüksək bilik nümayiş etdirmişlər.

    Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri – Boeing 757 Dreamliner təyyarəsini gəzməklə başa çatmışdır. Uşaqları “Azərbaycan Hava Yolları”nın pilot və təyyarə bələdçiləri qarşılamış, onları təyyarənin quruluşu, birinci sinif, biznes və ekonom sinif salonları ilə tanış etmişlər.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.