Yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
5-8 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində 1996-97, 1998-99, 2000-01-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Birincilikdə 38 idman cəmiyyətini təmsil edən 1130 idmançı 46 kq, 50 kq, 55 kq , 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, +90 kq çəki dərəcələrində mübarizə aparmışlar.
   Yarışda 1996-97-ci il təvəllüdlülər arasında 46 kq çəki dərəcəsində I yerə Gözəlov Avaz (Şağan OİK), 50 kq çəki dərəcəsində I yerə Həsənov Rufin (ROİL), 55 kq çəki dərəcəsində I yerə Babayev Nurlan (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə Heydərov Hidayət (Neftçı İSM), 66 kq çəki dərəcəsində I yerə İsmayılov Rüfət (Neftçi İSM), 73 kq çəki dərəcəsində I yerə Quluzadə Famil (Şağan OİK), 81 kq çəki dərəcəsində I yerə Kərimov Kənan (Neftçi İSM), 90 kq çəki dərəcəsində I yerə ŞƏkərəliyev Musa (ROİL), +90 kq çəki dərəcəsində I yerə Qubadzadə Orxan (RKİM), 1998-99-ci il təvəllüdlülər arasında 30 kq çəki dərəcəsində I yerə Yelkiyev Rəşad (ADU), 34 kq çəki dərəcəsində I yerə Dünyamalıyev Rəşad (Neftçi İSM), 38 kq çəki dərəcəsində I yerə Osmanov Nurlan (RKİM), 42 kq çəki dərəcəsində I yerə Hüseynov Elman (Neftçi İSM), 46 kq çəki dərəcəsində I yerə Əsgərov Mehdi (KK/TT İK), 50 kq çəki dərəcəsində I yerə Məmmədov Elmar (Neftçi İSM), 55 kq çəki dərəcəsində I yerə Abdullayev Elvar (KK/TT İK), 60 kq çəki dərəcəsində I yerə İsmayılov Elşən (Turan İK), 66 kq çəki dərəcəsində I yerə Mustafayev İlkin (13№-li UGİM), +66 kq çəki dərəcəsində I yerə Mehdiyev Xalid (9№-li UGİM), 2000-2001-ci il təvəllüdlülər arasında 24 kq çəki dərəcəsində I yerə Məmmədov Azər (11№-li UGİM), 27 kq çəki dərəcəsində I yerə Talıbov Nazir (Şağan OİK), 30 kq çəki dərəcəsində I yerə Qəniyev Nizami (13№-li UGİM), 34 kq çəki dərəcəsində I yerə Novruzov Turqut (10№-li UGİM), 42 kq çəki dərəcəsində I yerə Məmmədov Hacıxəlil (Şağan OİK), 46 kq çəki dərəcəsində I yerə Teymurlu Yunis (Şağan OİK), 50 kq çəki dərəcəsində I yerə Qarayev İrşad (Şağan OİK), 55 kq çəki dərəcəsində I yerə İsmayılzadə Yaqub (Şağan OİK), +55 kq çəki dərəcəsində I yerə Babayev Hacıbaba (Neftçi İSM) layiq görülmüşlər.
   Yarışda qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

10 01 2012 saat:12:50

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd