Yeniyetmələr arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
04-08 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olımpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yeniyetmələr arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda “Gənclik”İK, “Məhsul”İC, “Turan”İK, “Sərhədçi”İOM, “MOİK”, “ROİL”, “Neftçi”İSM, 13 №-li UGİM, “Lokomotiv”İSM, 8 №-li UGİM, “DİN”İC, “Zenit”İC, “Qalib”İK, “Rabitə”İK, “Turan” “Naxçıvan”İK, “Hövsan”OİK kimi 20 idman cəmiyyətini təmsil edən 155 iştirakçı 13 çəki üzrə:46 kq, 48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq, 63 kq, 66 kq, 70 kq, 75 kq, 80 kq, +80 kq mübarizə aparmışdır. Birincilikdə 46 kq çəki dərəcəsində I yerə Quliyev Pərviz (Rabitə İK), 48 kq çəki dərəcəsində I yerə Şəfizadə Elmir (Rabitə İK), 50 kq çəki dərəcəsində I yerə Hüseynli Davud (Təhsil RİM), 52 kq çəki dərəcəsində I yerə Gülməmmədov Araz (Rabitə İK), 54 kq çəki dərəcəsində I yerə Həbibzadə Rahid (Rabitə İK), 57 kq çəki dərəcəsində I yerə İbrahimzadə Şamil (Rabitə İK), 60 kq çəki dərəcəsində I yerə Quliyev Cavid (Neftçi İSM), 63 kq çəki dərəcəsində I yerə Musayev Rövşən (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Hacıyev Ramil (Rabitə İK), 70 kq çəki dərəcəsində I yerə Əliyev Şamil (Rabitə İK), 75 kq çəki dərəcəsində I yerə Mehdiyev Şükran (Neftçi İSM), 80 kq çəki dərəcəsində I yerə Əliyev Orxan (13№li UGİM), +80 kq çəki dərəcəsində I yerə Həsənov Rüstəm (Turan İK) layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.