Yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
  23-30 yanvar 2012-ci iltarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 1996-97-ci il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM, 2№-li UGŞİM, 19№-li UGİM, RİOEUGŞM, HRŞDK, “Şağan”OİK, “Gənclik”ŞK-nu təmsil edən idmançılat iştirak etmişlər. Yarışları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə hakimlər heyəti idarə etmişdir. Oğlanlar arasında yarış İsveçrə sistemi üzrə, qızlar arasında yarış isə dairəvi sistem üzrə keçirilmişdir. Oğlanlar arasında I yeri 6 xalla Zeynalzadə Vəli (RİOEUGŞM), II yeri 5,5 xalla Aslanov Elnur (HRŞDK), III yeri 5 xalla Muxtarov Kənan (1№-li İOEUGŞDİM), qızlar arasında I yeri 4 xalla Məmmədova Xəyalə (RİOEUGŞM), II yeri 4 xalla Həmidova Səmayə (RİOEUGŞM) və III yeri 3 xalla Qədirli Səbinə (“Şağan”OİK) tutmuşlar. Bundan əlavə qızlar arasında IV yeri tutmuş Hüseynova Nigar (1№-li İOEUGŞDİM), oğlanlar arasında IV yeri tutmuş Muxtarov Bəxtiyar (RİOEUGŞM) və V yeri tutmuş Bəkirli Ömər (1№-li İOEUGŞDİM) də mart ayında keçiriləcək respublika final oyununa  vəsiqə qazanmışlar.
  Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

1 02 2012 saat: 10:14

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd