Yeniyetmələr arasında şahmat turniri keçirilmişdir.
14-21 dekabr 2011-ci il tarixdə Qaradağ Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər İdman İdarəsi ilə birgə “31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü”nə həsr edilmiş yeniyetmələr arasında şahmat turniri keçirilmişdir. Turnirdə 82 nəfər iştirak etmişdir. 1999-2001-ci il təvəllüdlər arasında I yerə Mehdiyev Rəşad, II yerə Abdullayev Namiq, III yerə Mehdiyev Heydər, 2002-2005-ci il təvəllüdlər arasında I yerə Quıiyev İzzət, II yerə Qasımov Cavid, III yerə Əbilzadə Rəvan, 2006-2007-ci il təvəllüdlər arasında I yerə Əsgərov Əli, II yerə Dəvrişov Orxan, III yerə Əzizzadə Rəvan, 2005-2007-ci il təvəllüdlər arasında (qızlar arasında) I yerə Ağayeva Xuraman, II yerə İsmayıllı Ayan, III yerə Əliyeva Nigar layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.