"Yaxşıların Yaxşısı - 2011" mükafatının təqdimetmə mərasimi keçirilmişdir.
20 dekabr 2011-ci il tarixdə "Kempinski" Hotelində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2011-ci ilin yekunlarına dair "Yaxşıların Yaxşısı - 2011" mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, aparatın rəhbəriFuad Hacıyev, Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova və BŞGİBİ-nin rəisi Raqif Abbasov və digər rəsmi qonaqlar, həmçinin Qeyri Hökümət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, İdman Federasiyaları, Kütləvi İnformasiya Vasitələri, idman klubları, idman cəmiyyətləri iştirak etmişdilər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunub.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirmişdir ki, Azərbaycanda gənclər sahəsində geridə qoyduğumuz ildə böyük uğurlar əldə olunub, ölkəmiz 40 mötəbər turnirə ev sahibliyi edib və idmançılarımız 700-dən çox medal qazandığını, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətini yüksək qiymətləndirmişdir. Daha sonra isə Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova çıxış edərək Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən uğurlu işlərdən danışmışdır.
Tədbir boyunca foto-hesabat nümayiş etdirildi. Daha sonra il ərzində gənclər və idman sahəsində fərqlənmiş bir qrup fəal gənc, idmançılar, qeyri-hökümət təşkilatları, tələbə gənclər təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, rayon Gənclər və İdman İdarələri, Federasiyalar və həmçinin mədəniyyət sahəsində fəaliyyət göstərən gənclər "Yaxşıların Yaxşısı - 2011" mükafatı və diplomları ilə təltif olundular.
Tədbir konsert proqramı ilə davam etmışdır.