Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
23 iyun – 1 iyul 2011-ci il tarixdə Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışlara 1 iyul 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Dənizçi” komandası, II yeri “Barselona” komandası, III yeri “Real Bakı” komandası tutmuşdur.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhələlərarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Futbolun İnkişafına dair Dövlət Proqramının bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.

01 07 2011 saat: 13:43

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd