XXIV spartakiadaya start verildi
18-22 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi təfəindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan dama növü üzrə yarış Respublika Şahmat Mərkəzində keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 66 nəfər məktəbli (onlardan 22 nəfəri qızlardır) iştirak etmişdir.
Yarışın nəticələrinə görə 1-ci yerə Səbail rayonu 189 saylı məktəbin, 2-ci yerə Qaradağ rayonu 106 saylı məktəbin, 3-cü yerə isə Suraxani rayonu 282 saylı məktəbin komandaları layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ılə təltif olunmuşlar.

23 11 2011 saat:16:58


< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd