XXIV spartakiadanın açılışına həsr olunmuş tədbir keçirilmişdir.
28 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq 2010-2011-ci tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın bağlanışı və XXIV spartakiadanın açılışına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hikmət Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Təhsil Respublika İdman Məktəbinin direktoru Cəfər Hümbətov, Təhsil Nazirliyi Bədən Tərbiyəsi Mərkəzinin direktoru Niftalı Quliyev və digər orta ümumtəhsil məktəblərinin şagirdləri də iştirak etmişlər.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Hikmət Abbasov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış etmişlər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov XXIII spartakiadanın yekunları haqqında məlumat verdikdən sonra mükafatlandırma mərasimi başlanmışdır. İlk öncə XXIII spartakiadanın proqramına daxil olan idman növləri üzrə (9 idman növü üzrə 12 yarış) yarışlarda birinci yerləri tutmuş rayon komandalarının müəllimləri xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Daha sonra Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın yekun nəticələrinə əsasən Sabunçu rayonu III yeri , Yasamal rayonu II yeri, Qaradağ rayonu I yeri kubok və müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.
Tədbirin sonunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Bakı şəhər məktəbliləri arasında XXIV sparakiadanı açıq elan etmiş, bütün iştirakçılara müvəffəqiyyətlər arzulamışdır.