XXIII SPARTAKİADANIN MİNİ-FUTBOL NÖVÜ ÜZRƏ YARIŞINA YEKUN VURULDU
13-20 may 2011-ci il tarixlərdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi təfəindən Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın proqramına daxil olan mini-futbol növü üzrə yarış Nərimanov rayonu 200 saylı məktəbin futbol meydançasında  keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 110 nəfər məktəbli iştirak etmişdir.
Yarışın nəticələrinə görə 1-ci yerə Qaradağ rayonu 106 saylı məktəbin, 2-ci yerə Yasamal rayonu 13 saylı məktəbin, 3-cü yerə isə Sabunçu rayonu 311 saylı məktəbin komandaları layiq görülmüşlər..
Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.
Spartakiadanın mini-futbol növü üzrə yarışından sonra ümumi xallar hesabına görə 1-ci yeri 31 xalla Qaradağ rayonu, 2-ci yeri 39 xalla Sabunçu rayonu, 3-cü yeri isə 42 xalla Yasamal rayonu tuturlar.



20 05 2011 saat: 16:41

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd