Voleybol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
16 – 30 sentyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Xətai rayon Uşaq Gənclər İdman Məktəbində 1998-99-cu il təvəllüdlü oğlanlar və qızlar arasında voleybol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda XətaiUGİM (43 idmançı), Sabunçu UGİM (20 idmançı), Rabitə VK (8 idmançı), RİOEUGİM (24 idmançı), Lokomotiv VK (20 idmançı) və ADNA komandasını (20 idmançı) təmsil edən 135 nəfər (73 nəfəri qızlardır) iştirak etmişdir.
Birincilikdə qızlar arasında I yerə “Lokomativ”VK, II yerə “RİOEUGİM”, III yerə “Xətai UGİM” komandaları, oğlanlar arasında isə I yerə “Sabunçu UGİM”, II yerə “RİOEUGİM”, III yerə “Xətai UGİM” layiq görülmüşlər.
Yarışda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

05 10 2011 saat: 12:53


< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd