Veteranlar arasında stolüstü tennis üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.
29-30 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq “Xəzri” İK-nın idman zalında veteranlar arasında stolüstü tennis üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.Yarışda Bakı, Quba, Gəncə, Şəki, Balakən, Sabirabaddan 42 nəfər idmançı (onlardan 12 nəfəri qadınlardır) iştirak etmişdir. Qadınların mübarizəsində I yerə Mikayılova Könül, II yerə Moiseyeva Roza, III yerə Əhədova Yelena, kişilərin mübarizəsində isə I yerə Vəliyev Elçin, Ağayev İlham, Əkbərov Kamran, II yerə Xudiyev Tahir, Quliyev Qulu, Hüseynov Niyaz, III yerə Əzimov Niyaz, Heydərov Səxavət, Fedorenko Vladislav, qoşa yarışlarda I yerə Heydərov Səxavət-Ağayev İlham, II yerə Xudiyev Tahir-Əzimov Niyaz, III yerə Quliyev Qulu-Heydərov Əsgərqulu layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.