Urmiya şəhərində cüdo üzrə VII Beynəlxalq turnir keçirilmişdir
24-29 noyabr 2011-ci il tarixdə İran İslam Respublikasının Urmiya şəhərində İran şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə VII Beynəlxalq turnir keçirilmişdir. Bir çox dövlətin 100-dən çox idmançısı ilə yanaşı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş “Yasaul” İK –da bu turnirdə öz güclərini sinamışlar. İdmançılarımızdan 55 kq çəki dərəcəsində I yerə Ələkbərov Ramin və III yerə Novruzzadə Elçin, 73 kq çəki dərəcəsində II yerə Həbibzadə Fuad və III yerə Əhmədli Elvin layiq görülmüşdür.
Turnirdə III yer uğrunda final qarşılaşmasında cüdoçularımız Ermənistan komandası üzərində parlaq qələbə qazanaraq ümumi komanda hesabında III yerə yüksəlmişdir. İdmançılarımızı təbrik edirik!


29 11 2011 saat:16:23

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd