Tamblinq üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
02 – 04 dekabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika məktəbində tamblinq üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Yarışda paytaxtın “Bakı Gimnastika Məktəbi”, “İOEUGGM” və “Neftçi İSM”-ni təmsil edən 38 idmançı (15 qız, 23 oğlan) idman ustaları və idman ustalığına namizədlər, I, II və III dərəcəlilər, I gənc dərəcəlilərə bölünərək şəxsi çoxnövçülük üzrə mübarizə aparmışlar.
Çempionatda idman ustalığı dərəcəsi üzrə oğlanlar arasında I yerə Malkin Mixail, qızlar arasında Ibrahimli Nailə, idman ustalığı namizəd dərəcəsi üzrə I yerə Abdillayev Valid, I böyük dərəcə üzrə oğlanlar arasında I yerə Həsənov Əli, qızlar arasında İbrahimli Cəmilə, II dərəcə üzrə oğlanlar arasında I yerə Həciyev Nəcməddin, qızlar arasında Vəlizadə İlahə, III dərəcə üzrə oğlanlar arasında I yerə Qasımov Tural, qızlar arasında Quliyeva Anastasiya, I gənc dərəcəlilər üzrə oğlanlar arasında I yerə Hacıməhəmmədov Ramazan, qızlar arasında Babayeva Nərmin layiq görülmüşlər.
Birincilikdə I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.