İtaliyanın Liqnano şəhərində beynəlxalq turnir keçirilmişdir.
10-16 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş  5  nəfərlik heyət İtaliya Respublikasının Liqnano şəhərində keçirilən European Masters Games beynəlxalq turnirində iştirak etmişdir. 20 ölkənin idmançılarının qatıldığı beynəlxalq turnirdə 2 idmançımız yüksək nailiyyətlər əldə etmişdir. Belə ki, Kəmalə Əhmədova 3 medal, 1955 təvəllüdlü Bünyadova Tamilla hündürlüyə tullanmada 29m 83 sm turnirin rekord nəticəsini göstərərək I yerə çıxaraq qızıl medala layiq görülmüşdür. Daha bir idmançımız 1968 – ci il təvəllüdlü Albert Minayev 9 növçülük yarışlarında gümüş medala, digər idmançımız Sadıq Sadıqov 1500 m bürünc 5.35.26 nəticə göstərərək bürünc medala layiq görülmüşdür. İdmançılarımızı təbrik edirik!


22 09 2011 saat: 11:29

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd