TAEKVANDO ÜZRƏ BEYNƏLXALQ TURNİRİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ
11 avqust 2010-cu il tarixdə təşkilatçılığı ilə keçirilən Qaradağ rayonunda yerləşən “Yeni sahil” İdman Sağlamlıq Mərkəzində 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş taekvando üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində çıxış edən Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Füzuli Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Qaradağ rayon İcra Hakimiyyəti başçısının I müavini Hikmət Abbasov Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısından, ölkəmizdə keçirilən mötəbər yarışların yüksək səviyyədə təşkil olunmasından, azərbaycanlı idmançıların əldə etdiyi nailiyyətlərdən danışmışlar və idmançılara uğurlar arzulamışlar.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan və Rusiya taekvandoçuları da birincilik uğrunda mübarizə aparırlar.
Yarışda 18 çəki dərəcəsi üzrə 150-dən çox idmançı iştirak edir. 
Yarışın ilk günü Nasrudin Muradxanov (45 kq, Rusiya), Turxan Məmmədov (51 kq, Azərbaycan) və Hacımurad Edilov (63 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Turnirə avqustun 12-də yekun vurulacaqdır.
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd