Tələbələr arasında publisist məqalə müsabiqəsi keçirilmişdir.
26 dekabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Təkan” Tələbə Gənlər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" münasibəti ilə “Həmrəy Gəncliyimiz Müstəqil Azərbaycanın Parlaq Gələcəyidir” mövzusunda tələbələr arasında publisist məqalə müsabiqəsi keçirilmişdir. Tədbirdə millət vəkilləri Tahir Rzayev, Azər Badamov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, yazıçı Zöhrə Əsgərova, Bakı Travel Turizm Agentliyinin meneceri Əziz Şiriyev, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Yaşar Əhmədov iştirak edərək müsabiqə iştirakçılarını salamlamiş və onlara gələcək işlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda məqalə müsabiqəsində fərqlənmış tələbələr Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Onu da qeyd edək ki, tədbirdə 20-dən yuxarı məqalə müəllifi iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd gənclərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanmasından ibarətdir.