Tələbələr arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.
20 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Gəncliyə Yardım Fondunda Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.
Tədbir Azərbaycan Dövlət Himni səsləndikdən sonra başlayıb. Tədbirin açılışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Samir Kazımov, məsləhətçi Zamin Əhmədov və Qaradağ rayon Gənclər İdman İdarəsinin baş məsləhətçisi İlqar Qasımov çıxış edərək oyunun qaydaları və mahiyyəti haqqında məlumat vermiş və iştirakçılara uğurlar arzulamışlar.Oyunda hər komandada 5 nəfər olmaqla, ümumilikdə 13 komanda (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Müəllimlər İnstitutu, Milli Aviasiya Akademiyası, Kooperasiya Universiteti, Avrasiya Universiteti, Rəssamlar Akademiyası, AƏSMA, Bakı Slavyan Universiteti, Bakı İdarəetmə və Texnologiya Kolleci, Odlar Yurdu Universiteti, Qızlar Universiteti, Rabitə və Nəqliyyat Kolleci) iştirak edirdi.
Oyunun keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onlara öz intellektual qabiliyyətlərinin nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, onların intellektual səviyyəsinin, zehni inkişafnın təmin edilməsi, eləcə də onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilində yeni üsulların təbliğ edilməsindən ibarətdir. Gərgin keçən mübarizədən Bakı Dövlət Universiteti I yeri, Bakı Slavyan Universiteti II yeri, Azərbaycan Texniki Universiteti isə III yeri tutmuşlar.
Oyunda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.


21 10 2011 saat: 11:58

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd