Tələbələr arasında şahmat üzrə turnir keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq 5-13 dekabr 2011-ci il tarixdə Bakı Humanitar Kollecinin tələbələri arasında şahmat üzrə turnir keçirilmişdir.Yarışda 8 komanda tərkibində 48 nəfər  (onlardan 7 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar İsveçrə sistemi üzrə keçirilmişdir. Komanda hesabında I yerə “Şahdağ” komandası, II yerə “Aypara” komandası, III yerə “Kür” komandası, şəxsi hesabda isə I yerə Mehdizadə Eyvaz, II yerə Həmidli Eyvaz , III yerə Tahirli Paşa layiq görülmüşlər.
  Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

14 12 2011 saat:13:07

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd