19-23 dekabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi təfəindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarış Qaradag rayonu Sahil qəsəbəsində yerləşən 19 №-li UGIM-də keçirilmişdir. Yarışda 9 rayon komandası tərkibində 45 nəfər məktəbli (onlardan 18 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticələrinə görə 1-ci yerə Nərimanov rayonu 258 saylı məktəbin, 2-ci yerə Qaradag rayonu 273 sayli məktəbin, 3-cü yerə Suraxanı rayonu 85 saylı məktəbin, 4-cü yerə Xətai rayonu 263 saylэ məktəbin, 5-ci yerə Səbail rayonu 160 №-li klassik gimnaziyanın, 6-cı yerə Binəqədi rayonu 267 saylı məktəbin, 7-ci yerə Sabunçu rayonu 169 saylı məktəbin, 8-ci yerə Yasamal rayonu 20 saylı məktəbin, 9-cu yerə Nizami rayonu 229 saylı məktəbin, 10-11-ci yerlərə Xəzər və Nəsimi rayonlarının komandaları layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ılə təltif olunmuşlar.
XXIV spartakiadanın dama, şahmat və stolüstü tennis növləri üzrə yarışlarından sonra Səbail rayonu 9 xalla I yeri, Qaradağ rayonu 10 xalla II yeri və Suraxanı rayonu 15 xalla III yeri tutur.