Stolüstü tennis üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir
 Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Təhsil” RİM-in idman zalında stolüstü tennis üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Yarışda 65 nəfər idmançı (onlardan 14 nəfəri qızlardır) iştirak etmışdır. Yarışın nəticələrinə görə oğlanlar arasında şəxsi hesabda I yerə Hilal Həsənov, II yerə Kamran Cəfərov, III yerə Əkbər Qubuşov, qızlar arasında I yerə Sahilə Xudiyeva, II yerə Zeynəb Cavadova, III yerə Təhminə Əmrahova, qoşada oğlanlar arasında I yerə Sənan Əliyev - Hilal Həsənov, II yerə Mətin Həsənzadə - Cahid Vəliyev, III yerə Namiq Quliyev - Natiq Quliyev, qoşa qızlar arasında I yerə Rüfət Quliyeva - Suğra Talıbova, II yerə Fatımə Məmmədli - Fatma Məmmədli, III yerə Turan Hacıyeva - Aytac Cavadova, qoşa qarışıqda I yerə Araz Ağayev - Ülkər Kazımova, II yerə Sadıq Sadıqov - Nəzakət Qarayeva, III yerə Elcan Quliyev - Gülnarə Abbasova layiq görülmüşlər.
  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.



26 01 2012 saat: 10:38

 
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd