Stolüstü tennis üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
24-30 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq “Təhsil” RİM-in idman zalında qızlar və oğlanlar arasında stolüstü tennis üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.Yarışda 72 nəfər idmançı (onlardan 21 nəfəri qızlardır) iştirak etmişdir.
  Qızların mübarizəsində I yerə M.Eyvazova, II yerə Ə.Aslanova, III yerə S.Ağazadə, oğlanların mübarizəsində isə I yerə O.Qurbanov, II yerə E.Süleymanov, III yerə X.Həsənov, qoşa oğlanlar arasında I yerə S.Əliyev-N.Həsənov, II yerə Ü.Cəfərli-H.Həsənov, III yerə S.Salahov-O.Qurbanov, qoşa qızlar arasında I yerə S.Qasımova-M.Eyvazova, II yerə S.Ağazadə-S.Manafova, III yerə M.Babayeva-B.Mənsimova, qarışıq qoşada isə I yerə H.Həsənov-S.Ağazadə, II yerə O.Qurbanov-M.Eyvazova, III yerə isə S.Əliyev-Ə.Aslanova layiq görülmüşlər.
  Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.


03 10 2011 saat:10:15

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd