SOS Uşaq Kəndinin uşaqları arasında rəsm və əl işlərindən ibarət müsabiqə keçirildi.
06 iyun 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə Sos Uşaq Kəndində rəsm işlərindən ibarət müsabiqənin yekun mükafatlandırma mərasimi keçirilmişdir.Mükafatlandırma mərasimində Baş İdarənin əməkdaşları, SOS Uşaq Kəndinin rəhbərliyi və müəllim heyyəti iştirak etmişlər. Çəkilən rəsm işləri sərbəst mövzuda olmuşdur. Burada Azərbaycan Respublikasının bayrağı, xəritəsi, təbiəti və bir çox mövzular uşaqlar tərəfindən əks etdirilmişdir.
Müsabiqə qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Eyni zamanda Baş İdarə tərəfindən SOS Uşaq Kəndinə idman ləvazimatları da hədiyyə edilmişdir.