Silahli Qüvvələr günü münasibətilə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir
25 iyun 2011-ci il tarixdə “26 iyun-Silahli Qüvvələr günü” münasibətilə Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir. Tədbirdə hərbi hissənin rəhbərliyi, Azərbaycan Respublikasi Gənclər İdman Nazirliyinin və Qaradağ rayon Gənclər  və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər. BŞGİBİ-nin əməkdaşı Zamin Əhmədov tədbirdə çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.
Həmçinin hərbi hissənin əsgərləri arasında Baş İdarə tərəfindən keçirilən voleybol turnirinin final mərhələsinə baxılmış və qaliblər müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
Sonra əsgər və zabit heyəti üçün gənc müğənnilərin ifasında konsert proqramı təşkıl olunmuşdur. Keçirilən tədbir hərbi hissənin əsgər və zabit heyətində xoş təəssürat yaratmışdır.

28 06 2011 saat: 11:35


< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd