Silahlı Qüvvələr gününə həsr olunmuş üzgüçülük üzrə estafet keçirildi
24 iyun 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində “26 iyun Silahlı Qüvvələr günü”nə həsr olunmuş üzgüçülük üzrə estafet” keçirilmişdir. Yarışda 4 komanda (Hərbi Dəniz Qüvvələri, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi) olaraq 32 idmançı 50, 100 m məsafələrə sərbəst üsulla və estafet üsullarında mübarizə aparmışdır.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini R.Əliyev çıxış edərək Respublikamızda “26 iyun Silahlı Qüvvələr günü” nə həsr olunmuş üzgüçülük üzrə estafetin hər il ənənəvi olaraq keçirilməsini, eləcədə Azərbaycanda hərbiçilər arasında üzgüçülük idman növünün inkişafı, hərbiçi üzgüçülərin ustalıq səviyyəsinin artırılması və Silahlı Qüvvələrin 93-cü ildönümünün geniş qeyd olunması məqsədi daşıdığını vurğulamışdır. Daha sonra R.Əliyev estafetdə iştirak edən bütün idmançılara uğurlar arzulamışdır.
Yarışda I,II, III yerlərə layiq görülmüş idmançılar və komandaların nümayəndələri diplomlar və medallarla təltif olunmuşlar.