Əsgər və zabit heyəti arasında dama üzrə turnir keçirilmişdir
11-12 avqust 2010-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətin birgə tədbirlər planına əsasən Mühafizə alayının 13-cü bölüyündə əsgər və zabit heyəti arasında dama üzrə turnir keçirilmişdir.
Turnirin açılışında Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin baş inspektoru Elxan Bağırov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Bölüyün əsgər və zabitlərindən ibarət 8 komandanın iştirak etdiyi turnirdə I yeri "Şahdağ" komandası, II yeri "Xudafərin" komandası, III yeri isə "Azəri" komandası tutmuşdur.
Turnirdə I, II və III yerə layiq görülmüş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.