"Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.
03-08 iyul 2011-ci il tarixdə Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə "Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.
  Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Ümumilikdə yarışda 220 nəfər yeniyetmə futbolçu iştirak etmişdir.
  Yarimfinala çıxan Nərimanov və Yasamal rayon komandaları arasında keçirilən oyunda 0:1 hesabı ilə Yasamal rayon komandası, Nizami və Qaradağ rayon komandaları arasında keçirilən oyunda isə 2:3 hesabı ilə Qaradağ rayon komandası qalib gəlmişdir.
  Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Yasamal və Qaradağ rayon komandaları arasında keçirilən gərgin oyundan 0:1 hesabı ilə Qaradağ rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Nizami və Nərimanov komandaları arasında keçirilən oyunda 0:3 hesabı ilə Nərimanov rayon komandası qalib gəlmişdir.  Beləliklə yarışda 1-ci yerə "Qaradağ" komandası, 2-ci yerə "Yasamal" komandası, 3-cü yerə isə "Nərimanov" komandası layiq görülmüşlər.
  Yarışda II,III  yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və I yeri tutmuş komandaya "Sevinc" Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təltif edilmişdir.

08 07 2011 saat: 13:48

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd