Sentyabrın 16-19-da Sərbəst və yunan-roma güləşi üzrə təsnifat yarışı keçirilmişdir.
Sentyabrın 16 – 19-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Milli Güləş Federasiyasının birgə həyata keçirdiyi birgə tədbirlər planına əsasən Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş respublika turnirinə vəsiqə uğrunda 1994 - 1996 – cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan roma güləşi üzrə Bakı regionunun təsnifat yarışı keçirilib.
Sentyabrın 16-17-də sərbəst güləşçilər qüvvələrini sınayıblar. 215 idmançının iştirak etdiyi yarışlarda Sadiq Sadıqov (42 kq, ROİL), Əli Quliyev (46 kq, "Pəhləvan"İK), Röyal Eyyubov (50 kq ROİL), Ruslan Aslanov (54 kq, "Neftçi İSM"), Nurlan Ağayev (58 kq ROİL), Alim Qurbanov (63 kq, "Zenit İC"), İlkin Abbasov (69 kq Təhsil RİM), Aqşin Məmmədov (85 kq ROİL), Ağaşirin Qarayev (100 kq, UGİM) fəxri kürsüsünün ən yüksək pilləsində qərarlaşıblar. Sentyabrın 18-19-da yunan-roma güləşçiləri mübarizəyə qoşulublar.
Gərgin mübarizə şəraitində keçən təsnifat yarışlarında ümumilikdə 275 pəhləvan qalib adı uğrunda mübarizə aparıb. İdmançılardan Əli Məmmədov (42 kq ROİL), Murad Bazarov (46 kq ROİL), Şahin Zahidov (50 kq ROİL), Sakit Quliyev (54 kq Neftçi İSM), Toğrul Dəmirov (58 kq Neftçi İSM), Orxan Nuriyev (69 kq "Cəngi" GK), Elməddin Ramazanov (76 kq Cəngi GK), Kamran Babayev (85 kq ROİL) və Türmən Babayev (100 kq ROİL) bütün rəqiblərinə qalib olaraq qızıl medala sahib oldular.
Qeyd edək ki, Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst güləş və yunan – roma güləşi üzrə yeniyetmələr arasında respublika turniri oktyabr ayının 14 – 17-də Bakıda təşkil olunacaq.

yerləşdirilmə tarixi:                         20.09.2010/saat 11:00
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd