Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 10 çəki dərəcəsində, 16 cəmiyyət və idman klubunu təmsil edən 240 idmançı iştirak etmişdir.
    Yarışda 48 kq çəki dərəcəsində I yerə Muradov Rəşad (Neftçi İSM), 52 kq çəki dərəcəsində I yerə Dünyamalıyev Elşən (Neftçi İSM), 56 kq çəki dərəcəsində I yerə Ümidov Cavidan (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə İsmayılov Samir (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Mirzəzadə Xəyal (Neftçi İSM), 70 kq çəki dərəcəsində I yerə Qarayev Orxan (Pəhləvan İK), 75 kq çəki dərəcəsində I yerə Ananyev Mixail (Neftçi İSM), 81 kq çəki dərəcəsində I yerə Əliyev Rəşad (11№-li UGİM), 87 kq çəki dərəcəsində I yerə Orucov Nizaməddin (Neftçi İSM), +87 kq çəki dərəcəsində I yerə Əhmədov Əmiraslan (Kano Kan TT)  layiq görülmüşlər.
    Birincilikdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olumuşlar.

17 01 2011 saat:11:43

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd