Sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
  25-27 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən Hövsan Olimpiya İdman Kompleksində kişilər arasında sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda 10 idman cəmiyyəti və klubu, həmçinin 89 idmançı 9 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparmışdır.
  Yarışda 52 kq çəki dərəcəsində I yerə Əliyev Asim (“Pəhləvan”İK), 57 kq çəki dərəcəsində I yerə Səmədov Ağasif (“Neftçi”İSM), 62 kq çəki dərəcəsində I yerə Cəlalov Orxan (“Zenit”İSM), 68 kq çəki dərəcəsində I yerə Şükürov Nemət (“Neftçi”İSM), 74 kq çəki dərəcəsində I yerə Kərimli Tural (“Neftçi”İSM), 82 kq çəki dərəcəsində I yerə Əlıcanov Şamil (“Pəhləvan”İK), 90 kq çəki dərəcəsində I yerə İmanov İmran (“Neftçi”İSM), 100 kq çəki dərəcəsində I yerə Müslümov Zakir (“Neftçi”İSM), +100 kq çəki dərəcəsində I yerə Novruzəliyev Əfsun (“Pəhləvan”İK) layiq görülmüşlər.
  Yarışın sonunda I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
29 11 2011 saat:9:54
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd