Sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
28-30 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında  sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
   Birincilikdə 11 idman cəmiyyəti və klubu həmçinin 121 idmançı 10 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparmışdır. Yarışda I yerə 48 kq çəki dərəcəsində Mirzəyev Vaqif (Neftçi İSM), 52 kq çəki dərəcəsində Əliyev Asim (Pəhləvan İK), 57 kq çəki dərəcəsində Məmmədli Şəhriyar (Zenit İSM), 62 kq çəki dərəcəsində Qarayev Orxan (Neftçi İSM), 68 kq çəki dərəcəsində Şükürov Nemət (Neftçi İSM), 74 kq çəki dərəcəsində Bayramlı Orxan (Lokomotiv İSM), 82 kq çəki dərəcəsində Əliyev Rəşad (11-li UGİM), 90 kq çəki dərəcəsində İmanov İmran (Neftçi İSM), 100 kq çəki dərəcəsində Muradov Əlimurad (Zenit İSM), +100 kq çəki dərəcəsində Həsənov Emin (11-li UGİM) layiq görülmüşlər.
  Yarışın sonunda birinciliyin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

01 11 2011 saat: 9:27

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd