Sambo idman növü üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir
23-25 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən Hövsan Olimpiya İdman Kompleksində sambo idman növü üzrə 1993-94-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Birincilikdə 12 idman cəmiyyəti və klubu həmçinin 127 idmançı 10 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparmışdır. Yarışda I yerə 48 kq Qədimov Elçin (Zenit İSM), 52 kq Vəliyev Ceyhun (Neftçi İSM), 56 kq Məmmədov Fuad (11-li UGİM), 60 kq Əsgərov Kamran (Neftçi İSM), 65 kq Kərimli Elmir (11-li UGİM), 70 kq Əliyev Elmin (Neftçi İSM), 75 kq Qurbanov Fərhad (Neftçi İSM), 81 kq Qasımov Anar (Zenit İSM), 87 kq Əzizov Fərid (Ruslan İK), +87 kq Əsgərli Süleyman (Neftçi İSM) layiq görülmüşlər.
Yarışın sonunda birinciliyin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.