Sərbəst və yunan- roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilir.
 Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində 1995-1996-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan- roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilir.
    06 oktyabr 2011-ci il tarixdə idmançilar yunan-roma güləşi üzrə 42 kq, 50 kq, 58 kq, 69 kq və 85 kq çəki dərəcələrində mübarizə aparıblar. Yarışın nəticələrinə görə 42 kq çəki dərəcəsində I yerə Orxan Ağamalıyev (DİN), II yerə Elgün Hüseynov (Neftçi İSM), III yerə Mirabbas Tağıyev (ROİL), Sənan Süleymanov (Təhsil RİM), 50 kq çəki dərəcəsində I yerə Hikmət Ağayev (Neftçi İSM), II yerə Murad Allahverdiyev (DİN), III yerə Seymur Əlizadə (9 saylı UGİM), İsrafil Yaqubzadə (Pəhləvan), 58 kq çəki dərəcəsində I yerə Pərviz Nərimanov (9 saylı UGİM), II yerə Emin Abdullayev (ROİL), III yerə Xəyal Əliyev (Neftçi İSM), Orxan Eyvazov (Zenit İC), 69 kq çəki dərəcəsində I yerə Sadiq Bağırov (ROİL), II yerə Elmar Şıxəliyev (Neftçi İSM), III yerə Orxan Nuriyev (Təhsil RİM), Təhmasib Ağayev (Neftçi İSM), 85 kq çəki dərəcəsində I yerə Orxan Ələkbərov (Gənclik), II yerə Əyyub İmanov (Cəngi), III yerə isə Allahşükür Fərzəliyev (Təhsil RİM), Rahim Çərkəzli (Neftçi İSM) layiq görülmüşlər. Belə ki, yarışlarda 158 nəfər iştirak edib. I, II və III yerləri tutmuş idmançılar oktyabrin axırlarında keçiriləcək Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində iştirak etməyə hüquq qazanıblar.
    Qalib idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

07 10 2011 saat: 16:36

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd