Sərbəst və yunan- roma güləşi üzrə Bakı şəhər birinciliyi başa çatıb.
04-07 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində 1995-1996-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan- roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.
Yarışda sərbəst güləş üzrə çəki:42 kq, 46kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq, 100 kq, yunan –roma güləşi üzrə isə 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq və 100 kq çəki dərəcələrində idmançılar mübarizə aparıblar.
07 oktyabr 2011-ci il tarixdə idmançilar yunan-roma güləşi üzrə 46 kq, 54 kq, 63 kq, 76 kq və 100 kq çəki dərəcələrində mübarizə aparıblar. Yarışın nəticələrinə görə 46 kq çəki dərəcəsində I yerə Mikayıl Rəhmanov (16 №-li UGİM), II yerə Elçin Məmmədov (Spartak), III yerə Kənan Mirzəxanlı (DİN İC), Qurban Məmmədov (Neftçi İSM), 54 kq çəki dərəcəsində I yerə Pərvin Nəzərli (Spartak), II yerə Şahin Dadaşov (Neftçi İSM), III yerə Toğrul Sabirzadə (Gömrükçü), Cəmil Rufullayev (ROİL), 63 kq çəki dərəcəsində I yerə Ruhin Mikayılov (ROİL), II yerə Seymur Abdullayev (ROİL), III yerə İlkin Əsgərov (Xəzri), Sənan Əlimirzəyev (Xəzər İK), 76 kq çəki dərəcəsində I yerə Ramin Məmmədov (Neftçi İSM), II yerə Əsgər Əliyev (ROİL), III yerə Mehman Ələsgərov (6 №-li UGİM), Nicat Həsənli (Pəhləvan), 100 kq çəki dərəcəsində I yerə Məhərrəm Alıquliyev (Neftçi İSM), II yerə Ağasəlim İbrahimli (Neftçi İSM), III yerə isə Cavid Feyziyev (16 №-li UGİM), Ruslan Əliyev (Pəhləvan) layiq görülmüşlər. Belə ki, yarışda 182 nəfər iştirak edib. I, II, III, IV və V yerləri tutmuş idmançılar oktyabrin axırlarında keçiriləcək Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində iştirak etməyə hüquq qazanıblar.
Qalib idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

10 10 2011 saat: 10:28

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd