Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir
19-27 avqust 2011-ci il tarixdə Badamdar qəsəbəsində yerləşən 239 saylı məktəbin futbol meydançasında  Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Cingiz Mustafayevin xatirəsinə həsr olunmuş Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Turnirdə III yer uğrunda Xəzri - Səbail komandaları və final oyununda Bayıl – Badamdar komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. Belə ki, III yer uğrunda keçirilən oyunda əsas hissə 1:1 hesabı ilə qurtarmış, 7 metrlik zərbələr seriasında 2:1 hesabi ilə Xəzri komandası qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda Bayıl komandası 4:3 hesabı ilə Badamdar komandası üzərində qələbə qazanaraq turnirin qalibi adını qazanmışdır. Yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər idmançı iştirak etmişdir.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilmiş, həmçinin məktəbə torlar və toplar hədiyyə edilmişdir.


27 08 2011 saat: 17:13



< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd