Rusiyanın Kursk şəhərində poverliftinq üzrə Avrasiya çempionatı keçirilmışdır.
Avqust ayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandası Rusiyanın Kursk şəhərində poverliftinq üzrə Avrasiya çempionatında iştirak etmişdir. Rusiyanın qabaqcıl idman klubları ilə yanaşı Ukrayna, Qazaxıstan, Qırğızıstan, Çexiya və başqa dövlətin idmançılrının qatıldığı beynəlxalq turnirdə Bakı idmançıları yüksək nailiyyətlər əldə etmişlər. Belə ki, komanda hesabında baş məşqçı Əliyev Ələddinin rəhbərliyi altında Bakı şəhər yığma komandası III yerə layiq görülmüşdür. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş İbrahimov İbrahim, Abdullayev Xəqani, Məmmədov Eldar, Əliyev Müşfiq II yerə layiq görülmüşlər. İdmançılarımızı təbrik edirik!