Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
07-15 avqust 2011-ci il tarixdə Qaradağ təlim idman bazasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Yarışda ümumilikdə 12 komanda tərkibində 144 nəfər idmançı iştirak etmişdir.
Yarımfinala çıxan Qobustan və Qarabağ komandaları arasında keçirilən oyunda 0:2 hesabi ilə Qarabağ komandası, Qaradağ və Qobu komandaları arasında keçirilən oyunda isə 3:1 hesabi ilə Qaradağ komandası qalib gəlmişdir.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Qarabağ və Qaradağ komandaları arasında keçirilən gərgin oyunda 3:5 hesabı ilə Qaradağ komandası, III-IV yerlər uğrunda mübarizə aparan Qobu və Qobustan komandaları arasında keçirilən oyunda 2:4 hesabı ilə Qobustan komandası qalib gəlmişdir. Beləliklə yarışda I yeri Qaradağ komandası, II yeri Qarabağ komandası, III yeri isə Qobustan komandası tutmuşdur.
Yarışda I yeri tutmuş komandaya Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar, II və III yeri tutmuş komandalara isə müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri təqdim edilmişdir.